Moskvada 100dən çox reys təxirə salındı


Dünya 05 Fev 2018 12:25:00 230 0

Moskvada 100dən çox reys təxirə salındı

Moskvanın hava limanlarında qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar 100-dən çox reys ləngiyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, gecə saatlarında Moskvaya yağan qar səhərə yaxın daha güclənib. Nəticədə Şeremetyevo aeroportunda 54 reys təxirə salınıb.

Domodedovo hava limanında isə 45 reys ləngiyib, 6 uçuş ləğv edilib.