Ofisiant kafedə özünü asdı


Digərləri 05 Fev 2018 10:45:00 284 0

Ofisiant kafedə özünü asdı

Qubada intihar olub.

Son.az xəbər verir ki, rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Qəçrəş qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki kafelərdən birində ofisiant işləyən, 1997-ci il təvəllüdlü Kamal Bəxtiyar oğlu Xanmədov kafedə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.