Adil məndən 18 yaş kiçikdir, amma nə olsun ki...


Digərləri 05 Fev 2018 10:07:59 365 0

Adil məndən 18 yaş kiçikdir, amma nə olsun ki...

Bir zamanların məşhur modeli, amerikalı Pamela Anderson ABŞ-ı tərk edərək Fransaya köçüb. 50 yaşlı Anderson Fransa yığmasının və İspaniyanın "Sevilya" klubunun müdafiəçisi, əslən mərakeşli Adil Rami ilə birlikdə yaşayır.

Son.az European-a istinadən bildirir i, onlar yarım il əvvəl görüşməyə başlasalar da, Pamela Anderson ABŞ-ın Los-Anceles şəhərində, 32 yaşlı Adil Rami isə Marseldə yaşayırdı. İndisə hər şey dəyişib.

"Baywatch"ın ulduzu Marselə, Sakit okeanın sahilindəki şəhərə köçüb.

Pamela Andersonun dediyinə görə, Birləşmiş Ştatlardan Fransaya yalnız qızılı retiver cinsindən olan köpəyi aparıb.

Andersonun iki oğlu - 20 yaşlı Dilan və 21 yaşlı Brendon ABŞ-da qalsalar da, tez-tez analarına baş çəkirlər.


Xəbərə aid fotolar