"Həyat cinsi yolla yoluxan ölümcül xəstəlikdir"


Digərləri 05 Fev 2018 07:48:00 287 0

"Həyat cinsi yolla yoluxan ölümcül xəstəlikdir"

Kinoda uzun karyerası ərzində o, indiyədək az adamın risk etdiyi "intellektual komediya" adlanan yeni janr yarada bilib. Məhz buna görə də rejissorun "Viki Kristina Barselona", "Enni Holl", "Parisdə Gecəyarısı", "Sensasiya", "Manhetten" kimi filmlərinə sonsuzadək yenidən baxmaq olar.

Dövrümüzün görkəmli filosoflarından olan Vudi Allen hər filmində fəlsəfi mühakimə yürüdür. Kino dilini fəlsəfəyə yaxınlaşdıran 82 yaşlı bu ustad qadın-kişi münasibətləri, həyatın mənasızlığı, tənhalıq, mədəniyyət problemləri kimi mövzular haqqında bildirdiyi fikirlər aforizmə çevrilir.

Son.az "Royal kazinosu", "Ərlər və arvadlar", "Enni Holl", "Sirli naməlum görüş", "Parisdə gecəyarı", "Roma məcəraları", "Mavi Jasmin" kimi gözəl filmlərin müəllifi, məşhur rejissor, ssenari müəllifi, aktyor və prodüsser Vudi Allenin istehzalı və müdrik fikirləriylə tanış edir.

Məhəbbətsiz seks boş təcrübədir, amma boş təcrübələr arasında ən yaxşısıdır.

Məhəbbət cavabdır, amma siz cavabı gözləyərkən seks bir neçə gözəl və maraqlı suala yol açar.

Məni ölümdən sonra deyil, doğuşdan sonra həyat olub-olmadığı maraqlandırır.

Əgər Tanrı varsa, ümid edirəm ki, yaxşı bir bəhanəsi var.

Mən bizim yuxarıdan izləndiyimizə və hər şeyi görən gözün olduğuna inanıram, təəssüf ki, bu hökumətdir.

Həyat toplama düşərgəsi kimidir. Ölmədən tərk edə bilməzsiniz.

Həyat cinsi yolla yoluxan ölümcül xəstəlikdir.

Həyatda eşidə biləcəyiniz ən gözəl cümlə "Səni sevirəm" deyil, "Şiş xoşxassəli çıxdı" cümləsidir.

Ölümdən sonra həyat varsa və hamımız eyni yerdə görüşəcəyiksə, məni axtarmayın, özüm sizi taparam.

Əgər insanların yumor hissi daha güclü olsaydı, biz indi tamam başqa dünyada yaşayardıq.

Həqiqətən çox məhdud qabiliyyətli aktyoram, yalnız iki rolu oynaya bilərəm: ya intellektualı, ya da istənilən alçağı.

Sevgi və seks arasında böyük fərq var: Seks çaşqınlıq və yöndəmsizlik hissini aradan qaldırır, məhəbbət onu yaradır.


Xəbərə aid fotolar