Eramızdan əvvəl icad olunub, hələ də işlədilir: İNANILMAZ 8 astronomik cihaz FOTO


Digərləri 05 Fev 2018 07:35:00 331 0

Eramızdan əvvəl icad olunub, hələ də işlədilir: İNANILMAZ 8 astronomik cihaz  FOTO

İnsan bəzən orta əsrlərdə yaradılmış qədim, mürəkkəb və eyni zamanda gözəl mexanizmlər görəndə təəccüblənir. Son.az bildirir ki, o vaxt belə mürəkkəb və mükəmməl cihazlar yaranırdısa, texnologiya əsri dediyimiz dövrdə elə də çox fərqlilik gözə dəymir.

1. Astrolabe - İlk dəfə Qədim Yunanıstanda meydana çıxan bu cihaz Avropada İntibah dövründə populyarlığının pik nöqtəsinə çatıb. 14 əsrdən çox müxtəlif formalarda istifadə edilən bu cihaz coğrafi ardıcılığın müəyyən edilməsində ən önəmli funksiyanı yerinə yetirib.

2. Sekstant - Bu cihazın çox maraqlı və qəribə əhvalatı var. Onun fəaliyyət prinsipi elmə ilk dəfə 1699-ci ildə İsak Nyuton tərəfindən təqdim olunsa da, bilinməyən səbəblərə görə dərc olunmayıb. Bir neçə onillikdən sonra, 1730-ci ildə iki nəfər bir-birindən xəbərsiz elmə sekstantı ixtira olaraq təqdim edib. Tətbiq sahəsi qat-qat daha geniş olan sekstant nəinki yerin coğrafi koordinatlarının müəyyən edilməsində eləcə də, naviqasiya aləti olaraq kifayət qədər tez populyarlıq qazanıb. Buna görə də astrolabe öz məşhurluğunu itirdi.

3. Nokturlabium - Bu cihaz saatın günəş şüalarına əsasən müəyyən edildiyi vaxtlarda icad edilib. Bəzi konstruktiv xüsusiyyətlərə görə insanlar yalnız gündüzlər işləyə bilirdi və saatıda gün şüaları ilə təyin edirdi. İnsanlar isə gecə də saatın neçə olduğunu öyrənmək istəyirdilər. Həmin zamanlarda nokturlabium yarandı. Fəaliyyət prinsipi olduqca sadə olan cihaz o dövr üçün çox gözəl icad idi: Xarici dövrənin içərisindəki əqrəb ayı göstərirdi, ortada yerləşdirilən işarə qütb ulduzuna tərəf istiqamətləndirilib. Əqrəb gün ərzində ulduzlara istinadən hərəkət edəndə dövrə daxilindəki işarə saatı göstərməyə başlayırdı. Öz-özünə işləyən "saat" yalnız Şimal yarımkürəsində istifadə oluna bilərdi.

4. Planisferi - 17-ci əsrin icadı olan planisferin əsas xüsusiyyəti göy cisimlərinin müxtəlif məqamlarının müəyyənləşdirilməsində istifadəsi idi. Əslində planisferin daxilində koordinatlar əks olunan metal disk yerləşir. Mərkəzə yaxın olduğu üçün səma sahəsinin müstəvidə təsviri ya stereoqrafiya, ya da azimut proyeksiyaları şəklində ola bilərdi.


Xəbərə aid fotolar