Güclü duman Biləsuvarda problemlər yaradıb FOTO


Digərləri 04 Fev 2018 23:56:00 327 0

Güclü duman Biləsuvarda problemlər yaradıb  FOTO

Dumanlı hava şəraiti Biləsuvar rayonunda nəqliyyatın hərəkətində bir sıra çətinliklərin ortaya çıxmasına səbəb olub.

Son.az "Report"a istinadən bildirir ki, axşam saatlarından etibarən rayon ərazisində güclü duman müşahidə olunmağa başlayıb.

Duman rayon ərazisində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində problemlər yaradıb. Bu səbəbdən də nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər.

Dumanlı hava həmçinin rayonun bir neçə kənd yollarında da müşahidə edilir.


Xəbərə aid fotolar