Ziyarətgahdan hər hansı bir əşya gətirmək olarmı?


Digərləri 04 Fev 2018 22:20:00 401 0

Ziyarətgahdan hər hansı bir əşya gətirmək olarmı?

Pirlərə, ocaqlara və ziyarətgahlara getmək ən böyük günah olan şirkə yol açır, çünki həmin yerlərdə insanlar Allahdan başqasına yalvarır, qurban kəsir və digər ibadətlər edir və yaxud Allahın duaları birbaşa eşitməyib yalnız oradakı ölülər vasitəsilə eşitdiyinə etiqad edərək şirk edirlər.

Son.az zikr.az-a istinadən bildirir ki, bu səbəbdən həmin yerlərə getməkdən tövbə etmək lazımdır. Oradan hansısa bir əşyanı da bərəkətli olması inancı ilə gətirmək qadağandır, çünki bərəkəti verən yalnız aləmlərin rəbbi olan Uca Allahdır.