Kərbəladan gələnlərin ayaqlarını öpmək düzgündürmü?


Digərləri 04 Fev 2018 19:40:00 277 0

Kərbəladan gələnlərin ayaqlarını öpmək düzgündürmü?

Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç məsciddən başqa heç bir yerə ziyarət məqsədilə səfər etməyə icazə verməmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: (bu) - Məscidul-Həram (Məkkədə yerləşən Kəbə), Peyğəmbərin məscidi (Mədinədə yerləşir) və Məscidul-Əqsadır (Qüdsdə yerləşir)". (əl-Buxari, 1189). Quranda və səhih hədislərdə Uca Allah Kərbəlaya yox, həccə getməyi əmr edib: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196).

Son.az zikr.az-a istinadən bildirir ki, həmçinin, ziyarətə gedən insanı müqəddəsləşdirərək ayaqlarını öpmək, onunla qarşılaşdıqda baş əymək və s. şişirtmələr etmək qadağandır. Abdullah ibn Əbi Avfə (Allah ondan razı olsun) rəvayət edir ki: "Muaz Şamdan gəldiyi zaman Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səcdə etdi. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Bu nədir, ey Muaz!" - deyə buyurdu. Muaz (Allah ondan razı olsun) dedi: "Mən Şamda olarkən onların rahiblərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sənin üçün də etmək fikrinə düşdüm" - deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Əgər mən Allahdan başqasına səcdə etməyi hər hansı bir kimsəyə əmr verməli olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim... ". (İbn Məcəh, 1853).