Futbolçuya suiqəsd edildi FOTO


Dünya 04 Fev 2018 19:21:00 244 0

Futbolçuya suiqəsd edildi  FOTO

Türkiyədə futbolçu sui-qəsd nəticəsində öldürülüb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Enes Burak başından aldığı güllə yarasından ölüb.

Hadisə Hatayın Atatürk bulvarında, saat 02:00-da baş verib. Əyləşdiyi kafedən çıxan Enes Burak Barış avtomobilinə minərək bulvara doğru hərəkət edib. Bu zaman onu izləyən iki motosikletçi futbolçuya atəş açmağa başlayıb.

Nəticədə futbolçu öldürülüb, avtomobili isə yolun kənarındakı səkiyə çırpılıb.


Xəbərə aid fotolar