Çində kimya zavodunda partlayış nəticəsində ölənlərin sayı artıb


Dünya 03 Fev 2018 23:45:55 228 0

Çində kimya zavodunda partlayış nəticəsində ölənlərin sayı artıb

Zavod sahibi polis tərəfindən saxlanılıb

Çinin şərq əyaləti Şandundakı kimya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, həmçinin 6 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" məlumat yayıb.

Hadisə şənbə günü "Szinşan" müəssisəsində aparılan təmir işləri zamanı baş verib. Yaralılardan ikisi ağır vəziyyətdədir. Zavod sahibi polis tərəfindən saxlanılıb.

Partlayışın səbəbləri barədə, habelə yerin yoluxması mümkünlüyü barədə məlumat yoxdur.