Bakıda oğurluqla bağlı –


Digərləri 03 Fev 2018 20:43:00 294 0

Bakıda oğurluqla bağlı –

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, yanvarın 25-də paytaxtın Nizami rayonu ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi, Baş Mühafizə İdarəsi, Ədliyyə Nazirliyininin Penitensiar Xidməti və Yevlax rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Əliyev Yevlax rayonu ərazisində saxlanılıb.

Onun cari il yanvar ayının 24-də daha bir mənzildən 120 manat oğurlaması da müəyyən edilib.