İslandiya buna görə bütün dünya dövlətlərini


Digərləri 03 Fev 2018 20:02:00 247 0

İslandiya buna görə bütün dünya dövlətlərini

Daun sindromu haqda bugünədək dəfələrlə yazılıb, bütün qaranlıq faktlar elmi izahı ilə sübut edilib. Təəssüf ki, hər il dünyada 47 xromosomla doğulan körpələrin sayı artır. Artıq hər 700 uşaqdan biri daun sindromundan əziyyət çəkir.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sindrom 1866-cı ildə Con Daun tərəfindən aşkarlanıb. Həmin vaxtdan təxmini iki əsr keçməsinə baxmayaraq, xəstəliyin əlacı tapılmır. Dünya statistikasının son göstəricilərinə görə, hazırda 47 xromosomlu ən az körpə İslandiyada doğulur. Lakin burada da mübahisəli məqam var.

Hesab olunur ki, ölkədə 99 faiz valideyn darama testindən sonra doğulacaq sindromlu körpəsindən imtina edir. Daun övlada sahib olmaq istəməyən gələcək valideynlərin sayı Amerikada 67, Fransada isə 77 fazidir.

İslandiyalı səhiyyə işçiləri bu göstəriciyə belə aydınlıq gətirirlər.

"Hamiləliyin ilk trimestrində aparılan davamlı testlərdən sonra, gələcək körpədə çatışmazlıqlar aşkarlanarsa, bunu onlara neytralşəkildə bildirməyə çalışırıq, aborta əsla yönləndirmirik. Ölkəmizdə xüsusi genetik təmizləmə kimi siyasət aparılmır.Biz insanlığa qarşı deyilik. Çünki özümüz də insanıq. Aborta biz həkimlər deyil, valideynlər özləri qərar verirlər".

Bugün Avropanın digər ölkələrində daun sindromlu uşaqların doğulmadan məhv edilməsi böyük günah sayılır. İnsanlar hesab edirlər ki, daunu körpəsi olan valideynlər dövlətin həm maddi, həm də mənəvi dəstəyini mütləq hiss etməli və övladlarını gözəl mühitdə böyütməlidirlər.