İsrail aviasiyası Qəzza zolağına zərbə endirdi


Dünya 03 Fev 2018 12:23:00 275 0

İsrail aviasiyası Qəzza zolağına zərbə endirdi

İsrailin Hərbi Hava Qüvvələri "HƏMAS" tərəfindən həyata keçirilmiş raket hücumuna cavab olaraq Qəzza zolağının ərazisinə aviazərbə endirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

"İsrailin cənubuna atılmış raketə cavab olaraq, "HƏMAS"ın Qəzza zolağının cənubunda yerləşən kompleksinə aviazərbə endirilib",- deyə agentliyin İsrail ordusuna istinadən yaydığı məlumatda deyilir.

İlkin məlumata görə, aviazərbə nəticəsində zərərçəkən olmayıb.