"ABŞın PYD/YPGyə verdiyi dəstək tərəfdaşlığımızı zəhərləyir"


Dünya 03 Fev 2018 11:34:00 256 0

"ABŞın PYD/YPGyə verdiyi dəstək tərəfdaşlığımızı zəhərləyir"

"ABŞ-ın PYD/YPG-yə verdiyi dəstək tərəfdaşlığımızı zəhərləyir"

Son.az trt.net-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanadada dərc olunan "Ottawa Life Magazine" adlı jurnala müsahibə verərkən söylədi. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanadada dərc olunan "Ottawa Life Magazine" adlı jurnala müsahibə verdi. 

Çavuşoğlu müsahibəsində Türkiyə xarici siyasətinin gündəmində olan bir sıra məsələ ilə bağlı mühüm açıqlamalar verdi.

Xarici İşlər naziri Türkiyə-ABŞ əlaqələrinin həssas bir dövrə girdiyini bildirərək:"ABŞ-ın Suriyadakı PYD/YPG terrorçularına verdiyi dəstək və ABŞ-da FETÖ terror təşkilatının varlığı kimi mühüm məsələlərdə fərqli baxışlara malikik. ABŞ ordusunun PYD/YPG terrorçularına verdiyi hərbi dəstək təkcə Türkiyənin təhlükəsizliyini təhlükəyə atmır, eyni zamanda, uzun müddətdir davam edən tərəfdaşlığımızı da zəhərləyir" ifadəsini işlətdi.

Çavuşoğlu Suriya məsələsi barəsində bunları bildirdi: "Suriyanın gələcəyini suriyalıların özləri müəyyən edəcəklər. Tarix bizə nəticədə xalqın iradəsinin hakim olduğunu deyir. 2018-ci ilin münaqişənin son ili olması üçün, Astana, Soçi və nəhayət, Cenevrədəki danışıqların konkret nəticələr verdiyinə əmin olmaq üçün səylərimizi davam etdirəcəyik".

Türkiyə naziri İraq məsələsinə də toxundu, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumağın Türkiyə üçün həyati əhəmiyyət kəsb etdiyinə, İraqın kürd əhalisinin heç bir zaman hədəf alınmadığına diqqət çəkdi, bu səbəbdən İraq Kürd Regional Rəhbərliyinin referendumuna qarşı çıxdıqlarını xatırlatdı.