İsrail Qəzza zolağına aviazərbə endirib


Dünya 03 Fev 2018 08:23:00 255 0

İsrail Qəzza zolağına aviazərbə endirib

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının ərazisinə aviazərbə endirib.

Son.az Trend-ə istinadən bildirir ki, İsrail hərbçiləri aviazərbəni "HƏMAS" tərəfindən həyata keçirilmiş raket hücumuna cavab olaraq endirildiyini bildiriblər.

"İsrailin cənubuna atılmış raketə cavab olaraq, "HƏMAS" ın Qəzza zolağının cənubunda yerləşən kompleksinə aviazərbə endirib",- İsrail ordusunun yaydığı məlumatda deyilir.

Avireyd nəticəsində ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.