Amerikalılar dəyişdirilə biləcək batareyalar istəyir


Digərləri 03 Fev 2018 08:11:00 266 0

Amerikalılar dəyişdirilə biləcək batareyalar istəyir

Vaşinqton ştatında istehlakçılar üçün sadələşdirilmiş elektronika təmirini təmin etmək üçün nəzərdə tutulmuş qanun layihəsi nəzərdən keçirilir. "Apple" şirkətinin "iPhone" smartfonunda məhsuldarlığın azaldılması ilə bağlı etirafı sözügedən qanun layihəsinin qəbulunu  gündəmə gətirib. Həm də müasir cihazların təmiri ilə bağlı çətinlik ictimaiyyətin diqqətini yenidən cəlb edib.

Son.az ICTnews-a istinadən bildirir ki, qanun layihəsi "təmir hüququ" ("right-to-repair") adlandırılıb və şirkətlərin qurğuların təmiri sahəsindəki inhisarçılığının qarşısını almalıdır. Ötən il ABŞ-ın 12 ştatında elektronika istehsalçılarından təmir haqda informasiyanı istifadəçilər və kənar ustalar üçün əlçatan etməyi, həmçinin təmir üçün ehtiyat hissələrini satmağı tələb edən qanunlar təqdim edilib.

İndi Vaşinqtonda lazımi instansiyalardan keçən yeni qanun layihəsində smartfon batareyalarını diaqnostika və təmir üçün asanlıqla çıxarıla bilən etmək tələb olunur. Əgər sözügedən qanun layihəsi qüvvəyə minsə, 2019-cu ildən batareyası çətin çıxarılan və ya ümumiyyətlə, çıxarılmayan akkumulyatorlarla təchiz edilmiş qurğuların satışı qadağan ediləcək. Qanun simsiz qulaqlıqlar kimi cihazları nəzərdə tutmur.