ABŞ-da qripdən ölən uşaqların sayı 53 nəfərə çatıb


Dünya 03 Fev 2018 06:23:44 322 0

ABŞ-da qripdən ölən uşaqların sayı 53 nəfərə çatıb

Xəstəliklərə yoluxma faktları Puerto-Riko və Quam adasında da qeydə alınıb

ABŞ-da qrip epidemiyasından ölən uşaqların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq üzrə Mərkəzə istinadən yayılan məlumatda bildirilir ki, artıq 53 uşaq qripdən ölüb.

Bundan əlavə, epidemiya bütün ştatlara yayılıb. Xəstəliklərə yoluxma faktları Puerto-Riko və Quam adasında da qeydə alınıb.

Xatırladaq ki, 37 ölüm hadisəsinin olduğu xəbər verilirdi.