"Bir çox ölkələr Azərbaycanın gənclər siyasətini öyrənir"


Digərləri 02 Fev 2018 21:48:00 299 0

"Bir çox ölkələr Azərbaycanın gənclər siyasətini öyrənir"

Bir çox ölkələr Azərbaycanın gənclər siyasətini öyrənir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev 2 fevral - Gənclər Günü münasibətilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi və bir sıra digər gənclərin mükafatlandırılması mərasimində deyib.

F.Hacıyev qeyd edib ki, bu gün Azərbaycanda yeni bir nəsil formalaşıb:

Gördüyünüz kimi, biz artıq 21 ildir Azərbaycanda Gənclər Günü keçiririk. Bu, Ulu öndərimizin gənclərə bir töhfəsidir. Ulu öndər Heydər Əliyev müdrik siyasətçi kimi, xalqını və millətini sevən böyük rəhbər kimi hər zaman Azərbaycan gəncliyinin inkşafının dəstəklənməsini ən başlıca prioritet hesab edib. Hətta ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ilk görüşlərdən birini məhz gənclərlə keçirdi, yaratdığı ilk qurumlardan biri də Gənclər və İdman Naziriliyi oldu. Bu onu göstərir ki, gənclik ulu öndərimizin zamanından həmişə dövlətin ən başlıca prioritetlərindən biri olub".