"Bilmirdim məsuliyyəti var, atamdan qalıb" Evində silah tapılan şəxs VİDEO FOTO


Digərləri 02 Fev 2018 16:44:00 288 0

"Bilmirdim məsuliyyəti var, atamdan qalıb"  Evində silah tapılan şəxs  VİDEO  FOTO

Naftçala rayon Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Həsənəbad qəsəbə sakini, 49 yaşlı Çingiz Ağayev və Kürqarabucaq kənd sakini, 58 yaşlı Absalam Mustafayev şübhəli şəxs qismində saxlanılıblar.

Çingiz Ağayevin evinə baxış keçirilən zaman evin məişət əşyaları yığılmış otağında 1 ədəd qəhvəyi rəngli taxta qundağı olan, 5,6 mm kalibrli, 1957-ci il buraxılışlı, yivli odlu silah olan "TOZ" markalı silaha oxşar tüfəng aşkar edilərək götürülüb. Şöbəyə gətirilən həmin şəxslər törətdiyi əməlləri etiraf ediblər.

Çingiz Ağayev - Saxlanılan şəxs: "Bu silah atamdan qalmadır. Atam kalxoz sədri işləyib Sovet vaxtı. O vaxt kalxozlara verilirdi, elə o vaxtdan da qalıb. Mən bilmirdim bunun məsuliyyəti var. Bilsəydim məsuliyyəti var gətirib könüllü təslim edərdim".


Xəbərə aid fotolar