Dağlıq Qarabağda fəaliyyət göstərdiyi iddia olunan şirkətdən


Digərləri 02 Fev 2018 16:36:00 268 0

Dağlıq Qarabağda fəaliyyət göstərdiyi iddia olunan şirkətdən

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı "KPMG Azərbaycan" audit şirkəti bəyanat yayıb.

Mİlli.Az xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir:

"KPMG-nin Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı son zamanlar bəzi media vasitələrində (sosial media daxil olmaqla) çıxan məlumatla bağlı şirkət qeyd etmək istərdi ki, KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və olmayıb. Bundan əlavə, 2016-cı ilin əvvəlində KPMG MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləmiş və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq etməkdədir. Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir".

Şirkət bildirir ki, KPMG Azərbaycan KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür: