İşsizlər üçün ayrılan müavinətləri mənimsəyən vəzifəli şəxslərə hökm oxundu


Digərləri 02 Fev 2018 15:43:00 241 0

İşsizlər üçün ayrılan müavinətləri mənimsəyən vəzifəli şəxslərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, hər iki şəxs barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.