Yunanıstanın XİN başçısı təhdid məktubu alıb


Dünya 02 Fev 2018 15:03:18 254 0

Yunanıstanın XİN başçısı təhdid məktubu alıb

Polis araşdırmaya başlayıb

Yunanıstanın xarici işlər naziri Nikos Kotzias təhdid məktubu alıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Vətəndaşların müdafiəsi naziri Nikos Toskas məktubda "Bizdə sənin üçün üç güllə var" sözlərinin yazıldığını bildirib.

Onun sözlərinə görə, polis bu cür təhdidlərə ciddi yanaşır və artıq araşdırmaya başlayıb.