Magistraturaya qəbul imtahanın II mərhələsinin keçiriləcəyi tarix bilindi


Digərləri 02 Fev 2018 12:52:00 278 0

Magistraturaya qəbul imtahanın II mərhələsinin keçiriləcəyi tarix bilindi

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul imtahanın ikinci mərhələsinin keçiriləcəyi tarix məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi 3 iyunda keçiriləcək.

Bu mərhələdə bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test imtahanının əvəzinə yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən və imtahanın 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək keçiriləcək proqram seçimi zamanı Dövlət İmtahan Mərkəzinin internet saytında müvafiq proqramları seçməlidirlər. Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər.