Zaur Baxşəliyev: "Belə bir ilk ailəvi realitişou yaratmaq çoxdankı arzum idi"


Şou-biznes 02 Fev 2018 12:20:00 291 0

Zaur Baxşəliyev: "Belə bir ilk ailəvi realitişou yaratmaq çoxdankı arzum idi"

ATV telekanalının siması olan Zaur Baxşəliyevin yeni layihəsi efirə çıxan kimi ajiotaj yaratmağı bacardı.

Son.az xəbər verir ki, aparıcı atv.az-ın sualını cavablandırıb:

"Belə bir ailəvi realiti-şounu yaratmaq mənim çoxdankı arzum idi və layihəm artıq bir neçə il idi ki tam hazır idi. Çox şadam ki, arzum həyata keçdi və Günayla birgə biz, nəhayət ki, tamaşaçılarımıza  Azərbaycan teleməkanında ilk ailəvi realiti-şou olan "Zaurla Günaydın"ı təqdim edə bildik. Bu realiti-şounun özəyi səmimiyyətində və cərəyan edə biləcək hadisələrin gözlənilməzliyindədir.