Azər Türk Bankın ipoteka kreditləri hamı üçün 7 faiz oldu


Digərləri 02 Fev 2018 12:22:00 275 0

Azər Türk Bankın ipoteka kreditləri hamı üçün 7 faiz oldu

Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən dövlət bankı Azər Türk Bank maraqlı yeniliklərlə müştərilərini mütəmadi olaraq sevindirir. Hər zaman onlara maliyyə ehtiyaclarının qarşılanmasında köməklik edən Bank müxtəlif növ kreditləri daha münasib şərtlərlə təklif etməkdədir.

Hazırda Azər Türk Bank "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə ayrılmış adi ipoteka kreditinin illik faiz dərəcəsini endirərək, bütün müştərilər üçün 7% səviyyəsində müəyyənləşdirmişdir. Bundan əlavə, adi ipoteka kreditləri üzrə ilkin ödəniş 25%-dən 20%-ə endirilmişdir.

Kreditin maksimal məbləği 150 000 manat, müddəti 25 ildir.