Bu gün Əfv Komissiyası yenidən toplaşır


Digərləri 02 Fev 2018 11:26:00 256 0

Bu gün Əfv Komissiyası yenidən toplaşır

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Komissiyanın üzvü Əlməmməd Nuriyev deyib.

O bildirib ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın 30 yanvar tarixində keçirilən iclasında əfvlə bağlı 100-dək müraciətə baxılıb.