Həzrət Məhdi zühur zamanı neçə yaşında görünəcək?


Digərləri 01 Fev 2018 23:15:00 279 0

Həzrət Məhdi zühur zamanı neçə yaşında görünəcək?

Yer üzü hüccətdən boş olmaz.

İmam Zaman ağa (ə.f) buyurur: "Yer, heç bir zaman hüccətdən boş olmayacaqdır - istər o hüccət zahir olsun, istərsə də gizli".

Son.az deyerler.org-a istinadən bildirir ki, Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: "Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər, onu 40 yaşında və daha az hesab edər".

Mövla (ə.f), yollarda addım atar və insanlara salam verər.

Əmirəl-möminin (ə) buyurur: "Əlinin (ə) Pərvərdigarına and olsun ki, Allahın hüccəti (ə) insanların arasındadır. Yollarında (küçələrində) addım atar, onlara salam verər, ancaq müəyyən vaxta və İlahi vədəyə qədər tanınmaz".