“S400”lərin alınması üçün Türkiyəyə kredit ayrılıb


Dünya 01 Fev 2018 21:44:00 233 0

“S400”lərin alınması üçün Türkiyəyə kredit ayrılıb

Rusiya və Türkiyə arasında "S-400" zenit-raket sistemlərinin alınması üçün Türkiyə tərəfinə kreditin ayrılmasına dair saziş imzalanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Rostex" dövlət konserninin rəhbəri Sergey Çemezov bildirib.

Qeyd edək ki, bu Rusiya və Türkiyə arasında  kredit müqaviləsinin imzalanmasının ilk rəsmi təsdiqidir. 

Xatırladaq, Türkiyə bir müddət əvvəl Rusiyadan ümumi dəyəri 2,5 mlrd. dollar olan  4 divizion S-400" zenit-raket sistemləri alıb.