Lənkəran sakini qeyriadi traktor düzəltdi 10 saata cəmi


Digərləri 01 Fev 2018 21:21:00 348 0

Lənkəran sakini qeyriadi traktor düzəltdi  10 saata cəmi

Lənkəranda avtomobil təmiri sexində dəmirçi işləyən usta satın aldığı ikitəkərli motoblok adlandırılan təsərrüfat texnikasına dəyişikliklər edərək, mini traktor düzəldib. Bu mini traktor 10 saata cəmi 4 litr yanacaq işlətməklə daha çox iş görmə potensialına malikdir.

Zavod istehsalı olan və əl ilə idarə olunan kiçik texnikanın funksiyasını dəyişdirərək, mini traktor düzəldib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Lənkəran sakini Novruzəli Nobatovun düzəltdiyi bu texnika 10 qat artıq iş görür..

25 ildir avtomobil təmir sexində dəmirçi işləyən usta təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. O, əlavə detallar kimi "Jiquli" avtomobilinin ehtiyat hissələrindən istifadə edib.

İndi bu texnika daha çox iş görür. Əsasən də kartof sahələrində əlavə avadanlıqlar qoşmaqla ondan daha səmərəli istifadə etmək mümkündür.