"DəmirBank"da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanıldı


Digərləri 01 Fev 2018 18:02:00 307 0

"DəmirBank"da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanıldı

Bu gündən etibarən ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən "DəmirBank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində "KapitalBank" ASC seçilib.

Kompensasiyaların ödənilməsi "KapitalBank" ASC-nin 26 filialında aparılır.