"Bu gün çox sayda elmlər doktorunun faydası yoxdur" Millət vəkili


Digərləri 01 Fev 2018 15:39:00 243 0

"Bu gün çox sayda elmlər doktorunun faydası yoxdur"  Millət vəkili

"Bu gün çox sayda elmlər doktoru var, amma çoxunun faydası yoxdur. Gərək elmin nəticəsindən cəmiyyət, dövlət xeyir görsün. Əgər dövlət və cəmiyyət həmin elmlər doktorlarının fəaliyyətdən bəhrələnmirsə, bunun əhəmiyyəti yoxdur".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, burada söhbət fərdin cəmiyyət üçün verdiyi xeyirdən gedir: "Əgər biri yaxşı elektrik olmasa, onu heç kim işə qəbul etməyəcək. Biri yaxşı bənna olmasa, onu heç bir tikinti şirkəti işə qəbul etməyəcək. Halbuki bu tip peşələr üçün birinci dərəcə və ən yüksək əmək haqqı ilə tələb olunur".