Tarix Muzeyində Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir FOTO


Digərləri 01 Fev 2018 14:13:00 281 0

Tarix Muzeyində Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir  FOTO

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.

Son.az xəbər verir ki, muzeydən Trend-ə verilən məlumata görə, bu xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunub. Ölçüsü 190 x 140 sm-dir.

Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında toxunub. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Xalçanın üzərindəki mətnə əsasən fotoşəkildəkilər bunlardır: "Cənabi-möhtərəm Ənvər bəy əfəndi", "Cənab Şevkət Paşa həzrətləri", "Cənab Yusif İzzətdin", "Sultan V Məhəmməd Rəşad xan həzrətləri".

Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir toxunub. Mətn tam oxunmur. Şeirin mətni belədir:

"Zəmanə içrə... mövcud edib səni Yaradan. Ənvərin adı ilə düşmənin qəlbi parçalanır, Mərdliklə əlinə parlayan qılıncını alıb ildırım kimi vurub. Tək canı ilə bağırıb nərildəyir: "Allahu Əkbər!" Mərdliklə hücum edir düşmənə, salır onların canına titrətmə, Böyük bir meydanda at çapdırır, qırıb düşmənin başını tökür meydana".


Xəbərə aid foto