Əflatun Amaşov: "Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir"


Digərləri 01 Fev 2018 13:33:00 236 0

Əflatun Amaşov: "Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir"

Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Amaşov bildirib ki, reket jurnalistlər kimlərdənsə dəstək alırlar: "Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir. Lakin Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar".