Qış tətili başa çatdı FOTO


Digərləri 01 Fev 2018 11:52:00 280 0

Qış tətili başa çatdı  FOTO

Ümumi təhsil məktəblərində qış tətili başa çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün 27-31 yanvar tarixlərini əhatə edən qış tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub.

Tətil günlərində məktəblilər YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya ediblər. BŞTİ və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə fərqli yaş qruplarının tələbatına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib, təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək öyrədilib. Həmçinin, məktəblilərə ustad dərsləri keçirilib, onların tanınmış şəxslərlə görüşləri təşkil edilib.

Tətil günlərində məktəblilər üçün Xalq Təhsili Muzeyinə də ekskursiyalar təşkil olunub. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.


Xəbərə aid fotolar