Baş nazirin müavini: Azərbaycan gənclərinin potensialı çox böyükdür


Digərləri 01 Fev 2018 11:05:00 213 0

Baş nazirin müavini: Azərbaycan gənclərinin potensialı çox böyükdür

Azərbaycan gənclərinin potensialı çox böyükdür.

Bakı. Elçin Mehdiyev - Azərbaycan gənclərinin potensialı çox böyükdür. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən tədbirdə deyib. Ə.Əhmədov bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər. O, gəncləri sosial şəbəkədə fəal olmağa səsləyib: "Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. Əminəm ki, gənclər 2018-ci ilin onların qarşısında qoyduğu hədəflərin öhdəsindən uğurla gələcəklər". Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda gənclər üçün hər cür şərait yradılıb. Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin