Ağdaşda inzibati binada yanğın


Digərləri 01 Fev 2018 09:20:00 267 0

Ağdaşda inzibati binada yanğın

Ağdaş rayonu, Mürsəl kəndində ümumi sahəsi 425 m2 olan inzibati binada 2 otağın və dəhlizin yanar konstruksiyaları 57 m2 sahədə yanıb, yüksək temperaturdan foyenin lambirdən ibarət tavanı 56 m2 sahədə əriyib.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə. binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.