Yapon dənizində itmiş azərbaycanlıların ailələrinə


Dünya 01 Fev 2018 08:20:00 290 0

Yapon dənizində itmiş azərbaycanlıların ailələrinə

Bundan əlavə, onların ailələri sığortaçı şirkət tərəfindən sığorta ödəmələri alacaqlar

Yapon dənizində itmiş "Vostok" gəmisinin məxsus olduğu "DV-flot" şirkəti heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl məbləğində (26 min 698 dollar) maddi yardım edəcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Stanislav Malçevskiyə istinadən TASS məlumat yayıb.

"Müəssisə heyətin həlak olmuş hər bir üzvünə görə 1,5 milyon rubl ödəyəcək. ", - deyə Malçevski əlavə edib.

Hazırda "Vostok" gəmisinin statusu dəyişməyib: hələ ki, axtarış gedir, dənizçilər həlak olmuş və ya itkin düşmüş hesab olunmayıblar. Bildirilir ki, onların itkin düşdüyünü rəsmi olaraq yalnız məhkəmə hesab edə bilər. Gəmi yanvarın 25-dən etibarən radarlardan itib.