Tramp "Twitter" səhifəsindəki məlumatları kimin yazdığını açıqladı


Digərləri 01 Fev 2018 08:01:00 224 0

Tramp "Twitter" səhifəsindəki məlumatları kimin yazdığını açıqladı

ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsindəki məlumatları kimin yazdığını açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, dövlət başçısı məlumatların əksəriyyətini özünün yazdığını bildirib.

"Əgər mən gün ərzində çox məşğulamsa, mətni köməkçilərimə diktə edirəm və onlar göndərir" - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, "Twitter"də günün istənilən vaxtı - səhər yeməyində, nahar vaxtı və hətta yataqdan da yaza bilər.