Bolqarıstan hökuməti "beyin axını"nın qarşısını almaq məqsədilə dövlət proqramı hazırlayır


Dünya 01 Fev 2018 07:55:44 293 0

Bolqarıstan hökuməti "beyin axını"nın qarşısını almaq məqsədilə dövlət proqramı hazırlayır

Ölkəyə qayıdacaq ixtisaslı vətəndaşlara yüksək maaş və pulsuz mənzillər verilə bilər

Rəsmi Sofiya xaricdə yaşayan bolqarların vətənə geri qayıtması məqsədilə dövlət proqramı hazırlayır.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Bolqarıstan baş nazirinin müavini Tomislav Donçev bildirib.

O deyib ki, dövlət “beyin axını”nın qarşısını almaq üçün bir çox təkliflər üzərində işləyir. Belə ki, ixtisaslı vətəndaşın ölkəyə qayıdacağı təqdirdə yüksək maaşla təmin edilməsi, bununla yanaşı, onlara pulsuz mənzilin verilməsi və digər stimullaşdırıcı təkliflər nəzərdən keçirilir.

“Bu fikir Bolqarıstan hökuməti tərəfindən ölkədə işçi qüvvəsinin çatışmazlığı ilə mübarizə imkanları kimi müzakirə olunur”, - deyə baş nazirin müavini əlavə edib.

Hər il Bolqarıstanı 25 mindən çox ölkə vətəndaşı tərk edir.