Maskın şirkəti odpüskürən satışına başladı


Digərləri 01 Fev 2018 07:22:00 290 0

Maskın şirkəti odpüskürən satışına başladı

Elon Maskın şirkəti odpüskürən satışına start verir.

Son.az technote.az-a istinadən bildirir ki, hələ keçən ilin dekabr ayında Elon Mask öz Twitter hesabında bildirmişdi ki, əgər onun "Boring Company" şirkəti 500.000 ədəd papaq sata bilsə həmin şirkət odpüskürən satışına start verəcək. Görünür, o heç də zarafat etmirdi. Belə ki, Reddit portalının istifadəçiləri aşkar ediblər ki, boringcompany.com/flamethrower ünvanına keçid edəndə istifadəçilərdən şifrə yığılması tələb olunur.

Həmin şifrə bölməsinə "flame" yazandan sonra isə istifadəçi odpüskürənin ön sifarişi ilə bağlı səhifəyə keçid edir və həmin səhifədə qiyməti 600$ olan odpüskürəni ön sifariş etmək mümkündür. Ön sifariş səhifəsində həmçinin qeyd olunub ki, odpüskürənin final versiyası prototipdən qat-qat yaxşı olacaq. Ön sifarişi etmiş şəxslər isə bu cihazı Aprel ayında əldə edəcəklər. Lakin çox təəssüfki bundan sonra səhifənin şifrəsi dəyişildi və istifadəçilər səhifəyə keçid etmək üçün hansı şifrənin istifadə olunduğunu tapmağa çalışırlar.