"Mitsubishi" 16 mindən çox avtomobili geri çağırır


Digərləri 31 Yan 2018 22:06:00 189 0

"Mitsubishi" 16 mindən çox avtomobili geri çağırır

"Mitsubishi" şirkəti Rusiyada 16,5 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2016-cı ilin fevralınadək satılmış "i-MiEV" və "Pajero" modellərinə şamil olunur.