Bu il 78 min şəxs dövlət dəstəyi ilə biznes quracaq VİDEO


Digərləri 31 Yan 2018 21:24:00 295 0

Bu il 78 min şəxs dövlət dəstəyi ilə biznes quracaq  VİDEO

Videoda gördüyünüz şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən həyata keçirilən özünəməşğulluq proqramı çərçivəsində dövlətin dəstəyi ilə öz bizneslərini quran şəxslərdir. Son.az bildirir ki, ötən il 1233 şəxs dövlət tərəfindən ona verilən vəsaitlə şəxsi bizneslərini qurub və işsizlikdən birdəfəlik azad olublar. Bu il isə aztəminatlı ailələrin gəlirlərinin artırılmasına hesablanan məşğulluq proqramı 7-8 min nəfəri əhatə edəcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Məşğulluq siyasəti və Demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirir ki, özünəməşğulluq proqramına daxil olacaq şəxslərin sayı bu il 7 dəfə artırılıb.

Ən vacib məqamlardan biri isə bu proqrama daxil edilən şəxslərin necə seçilməsidir. Bunun üçün vətəndaşlar Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olmalıdırlar. Onların da arasından ən həssas qrupa daxil olanlara daha çox üstünlük verilir.