Mövlud Çavuşoğlu ilə Reks Tillerson arasında telefon danışığı olub


Dünya 31 Yan 2018 17:28:11 322 0

Mövlud Çavuşoğlu ilə Reks Tillerson arasında telefon danışığı olub

Onlar Suriya böhranının həlli üçün Soçidə keçirilən “Milli Dialoq Konqresi”nin nəticələrini müzakirə ediblər

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Suriya böhranının həlli üçün Soçidə keçirilən “Milli Dialoq Konqresi”nin nəticələrini müzakirə ediblər. 

M.Çavuşoğlu və R.Tillerson Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi antiterror əməliyyatının gedişi barədə də fikir mübadiləsi aparıblar.