Bu yerlərdə siqaret çəkmək olmaz


Digərləri 31 Yan 2018 17:36:00 318 0

Bu yerlərdə siqaret çəkmək olmaz

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində qapalı və ictimai yerlərdə siqaret çəkilməsi haqda reportaj efirə gedib.

Qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub. Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs, eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?

"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsi ilə əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.

Restoran əməkdaşı: "Qərar qüvvəyə minəndən sonra lövhələr quraşdırıldı. Burada siqaret çəkmək qadağandır".

Qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə məlumat verilir. Lakin qonaqların zallarda siqaretdən istifadə etmələrinə bütünlüklə nəzarət edib icazə verməmək mümkün olmur. Çünki bu toy sahibləri ilə aralarında problemlərin yaranmasına gətirib çıxara bilər.

Fazil Mustafa (millət vəkili): "Hər kəs özünə aid olan işi görsə məsuliyyət yaranmır. Siqaret çəkənin özü cərimə olur".

Bu qanunla qaydalara riayət edib siqaretdən istifadənin müəyyən edilmiş yerlərdə istifadəsi tələb olunur. İnsanların sağlamlığını qorumaq məqsədilə qəbul edilən qanunu pozanları pul cəzası gözləyir.


Xəbərə aid fotolar