Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi


Digərləri 31 Yan 2018 17:10:00 214 0

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib.

Bakı. İlhamə İsabalayeva - "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib. Trend-in məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, bu mükafat ildə bir dəfə Azərbaycan vətəndaşları və əcnəbilərə mühüm fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf, ixtira, habelə elmin inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olunur.