"Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir"


Digərləri 31 Yan 2018 16:52:00 266 0

"Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir"

"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkənin inkişafı üçün yeni hədəflər müəyyən etdi".

Son.az xəbr verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili bildirib.

Millət vəkili bildirib ki, getdikcə regionların iqtisadi cəhətdən daha da inkişafı və iqtisadiyyatda payının artması müşahidə ediləcək:

"Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Keçən 14 il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından, infrastuktur baxımından müasir standartlara tam cavab verir. Azərbaycan regionların tarazlı şəkildə inkişafı ölkədə inkluziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inkluziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxıb. 2017-ci ildə Prezidentin Ehtiyat Fondunun 80%-ə yaxın hissəsi məhz regionların inkişafına yönəldilib".