Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyritəbii yolla əlaqə təklif etdi və...


Digərləri 31 Yan 2018 16:31:00 260 0

Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyritəbii yolla əlaqə təklif etdi və...

Bakıda əsgərlik yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəsmi sənədlərə görə, Zamin Məcidli 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayına kimi hərbi xidmətdə olduğu müddət ərzində eyni hərbi hissədə qulluq etdiyi Nurlan Xudiyevlə tanış olub. O, həmin vaxtdan Nurlan Xudiyevlə dostluq münasibətlərini saxlayıb, mütəmadi olaraq görüşüb.

Cinsi əlaqədə olmaq təklifi

2014-cü ilin iyulun 11-də, saat 22 radələrində Nurlan Xudiyevin təklifi ilə Zamin Məcidli Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən keçmiş "Gülüstan" meşə zolağına gəlib.

Nurlan Xudiyev həmin ərazidə Zamin Məcidliyə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib və onunla müxtəlif əxlaqsız hərəkətlər edib.

Güclü ruh həyacanı

Zamin Məcidlidə əsgərlik dostunun hərəkətləri nəticəsində qəflətən güclü ruhi həyəcan (affekt) yaranıb. Onda yaranmış vəziyyətlə bağlı qarpız kəsmək üçün üzərində gəzdirdiyi bıçaqla Nurlan Xudiyevin sinə nahiyəsinə bir zərbə vurub.

Qətl

Zamin Məcidlinin vurduğu zərbə Nurlan Xudiyevin ürək nahiyəsinə dəyib. Nurlan aldığı zərbənin təsirindən hadisə yerindəcə ölüb.

İstintaq orqanı tərəfindən Zamin Məcidliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Hiss etdim ki, mənimlə ünsiyyətdə olmağa can atır"

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən mayın 3-də və ya 4-də yenidən Bakıya gəlib, Bakıxanov qəsəbəsində Ə.Cəfərov küçəsində kirayədə yaşamağa başlayıb: "Bir iki gündən bir, bəzən də hər gün Nurlanla həmin evdə qalmışdıq. Mənim üçün ev sahibinə bir dəfə də Nurlan 60 manat vermişdi. Hiss etmişdim ki, Nurlan mənim üçün darıxır, mənimlə ünsiyyətdə olmağa can atır".

"Təklif etdim ki, meşədə gəzişək"

Zamin Məcidli qeyd edib ki, 2014-cü ilin iyul ayının 11-də Nurlanla Suraxanı rayonunda görüşüblər: "Evdən çıxanda fikirləşdim ki, üstümdə pulum az olduğundan günorta vaxtı Nurlanla qarpız alıb yeyərik. Buna görə də evdən mətbəx bıçağı götürdüm. Deyilən yerdə Nurlanla görüşdük və həmişəki kimi Nurlan qucaqlaşaraq üzümdən öpdü. Bir az gəzişəndən sonra təklif etdim ki, istidir, gedək, Razində meşəlik yerdə gəzişək".

"Bildirdi ki, şamlıqda gəzişək"

Zamin Məcidlinin sözlərinə görə, Nurlana həmin əraziyə gedərək qarpız alaraq yeməyi təklif edib. Nurlan isə ona xəngəl yemək istədiyini bildirib: "Buna görə də, Nurlanın təklif etdiyi kimi Razində meşəlik yerə deyil, Neftçilər metrosunun yanında kafelərin birində xəngəl yedik. Sonra yenidən Nərimanov metrosunun yanındakı parka getdik. Təxminən saat 22 radələrində 25 nömrəli marşruta minərək "Çayxor" kafesinin yanında düşdük. Nurlan mənə bildirdi ki, Şamlıq deyilən yer var, orada gəzişək".