BakıMoskva aviareysi təxirə salındı


Digərləri 31 Yan 2018 15:55:00 234 0

BakıMoskva aviareysi təxirə salındı

Rusiyanın "Utair" aviaşirkətinin bu gün saat 14:00-da həyata keçirməli olduğu Moskva-Bakı və saat 15:00-a planlaşdırdığı Bakı-Moskva aviareysləri Rusiya paytaxtındakı qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Son.az xəbər verir ki, report bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir. 

Qeyd edək ki, Moskva aeroportlarında 12 reys təxirə salınıb, 14 reys isə gecikir. O cümlədən Rusiya paytaxtının Şeremetyevo hava limanında 3 reys təxirə salınıb, 11 reys gecikmə ilə həyata keçiriləcək. Domodedovo hava limanında 8 reys təxirə salınıb. Vnukovo hava limanında isə 3 reys gecikir, 1 reys isə təxirə salınıb.