Azərbaycanlı aparıcı rusların DİQQƏTİNİ ÇƏKDİ


Digərləri 31 Yan 2018 14:22:00 290 0

Azərbaycanlı aparıcı rusların DİQQƏTİNİ ÇƏKDİ

Tanınmış aparıcı Cavid Osmanova Rusiyadan serial təklifi gəlib.

Son.az xəbər verir ki, bu barədə Cavid özü məlumat verib.

Cavidin açıqlamasını təqdim edirik:

Sankt-Peterburq şəhərinə səfərimin sirrinin açılmasının zamanı yetişdi. Azərbaycanda rejissorların marağında olmasam da, Rusiyada vəziyyət başqadı. Mənə Rusiya serialında çəkilmək təklifi gəldi! Kastinq menecer Facebook-da şəkillərimi görüb, mənə mesaj yazdı. Razılaşdıq və o, mənim Piterə gəlişimi təşkil etdi. Rejissor köməkçisi ilə görüşdük. Xeyli söhbət etdik. Bəyəndilər. Amma orada qayda belədir ki, gərək öncə mənim şəkillərim ümumi Rusiya aktyor kartotekasında olsun, onlar isə oradan seçib bir daha çağırsınlar. O kartotekadan mənim şəkillərimi başqa rejissorlar da görə bilər və dəvət edə bilər. Şans, yəni. 


Xəbərə aid fotolar