"Göründüyü qədər xoşbəxt deyil, əziyyət çəkir" VİDEO


Digərləri 31 Yan 2018 12:08:00 292 0

"Göründüyü qədər xoşbəxt deyil, əziyyət çəkir"  VİDEO

Son günlər sosial şəbəkələrdə videosu yayılan siçanla bağlı tanınmış baytar açıqlama verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bir neçə gün əvvəl Peruda insan kimi duş alan siçanın görüntüləri yayılıb. Video maraqla qarşılanıb, qısa zamanda bütün dünyaya yayılıb. İzləyicilərin bir qismi, siçanın quyruğu görsənmədiyinə görə videonu saxta adlandırıblar.

Tanınmış baytar isə video ilə bağlı açıqlama yayıb. O bildirib ki, əslində, siçan videoda göründüyü kimi xoşbəxt deyil, əziyyət çəkir. Onun fikrincə, bədəninə sürtülən sabun qaşıntı verdiyinə görə heyvan belə hərəkətlər edib.

Son.az həmin videonu təqdim edir: